"İnter" Bolqarıstanda ilk oyununda darmadağınla qalib gəldi

17:13 - 21 İyul 2014

"Bankirlər"dən 5 cavabsız top
 
Əvəzedicilər arasında keçirilən Azərbaycan Çempionatını lider kimi başa vuran "İnter"in ikinci komandası Bolqarıstanda təlim-məşq toplanışı keçirir.
 
Sportal.az xəbər verir ki, iyulun 15-də etibarən Varnanın Qızılqum adasındakı "Sport Palace" otelində məskunlaşan komanda gündə iki dəfə məşq edir. 
 
İyulun 19-da toplanış çərçivəsində ilk yoxlama matçına çıxan Rüstəm Əliyevin yetirmələri meydanı qələbəylə tərk ediblər. Varnanın "Spartak" komandasının əvəzedici heyətilə oyunda "İnter" rəqibin qapısından 5 cavabsız top keçirib. Komandanın heyətində Ulvi İbazadə, İlkin Sadıxov (2), Mirsahib Abbasov (2) fərqləniblər. 
 
Qeyd edək ki, "İnter" toplanış çərçivəsində daha iki yoldaşlıq matçı keçirməyi planlaşdırır.  Əlavə edək ki, təmsilçimiz Bolqarıstan toplanışını iyulun 31-də başa vuracaq. 

Xəbər xətti