"Komandamın yanında olmamaq çox ağırdır"
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq "Elfsborq" klubunun baş məşqçisi Klas İnqesson ölkəmizə gəlməyib.
Sportal.az xəbər verir ki, buna 45 yaşlı mütəxəssisə ölkəmizə gəlməsi üçün vizanın verilməməsi səbəb olub.
Omba sümüyü qırıldığı üçün əlil arabası ilə gəzən İnqesson viza almaq üçün səfirliyə gec müraciət etməsi səbəbindən "İnter"lə görüşdə komandasının yanında ola bilməyəcək. Onun köməkçiləri Yanne Mian və Peter Vetterqrenlə telefonla əlaqə saxlayacağı bildirilir. O, Azərbaycana gəlməməsi barədə bunları dilə gətirib:
"Viza almaq üçün səfirliyə daha öncə müraciət etməli idik. Ancaq bunu bilmirdik. Gəzə bilsəydəm, yaxşı olardı. Artıq nəyisə dəyişmək üçün çox gecdir. Təbii ki, komandamın yanında olmamaq çox ağırdır".
saytlarin hazirlanmasi