"İnter" Bolqarıstanda 3 matça çıxdı

01:27 - 29 İyul 2014

Komanda toplanışı başa vurur
 
Məlum olduğu kimi, hazırda "İnter"in əvəzedici komandası Bolqarıstanda təlim-məşq toplanışındadı.
 
Sportal.az xəbər verir ki, iyulun 15-də etibarən Varnanın Qızılqum adasındakı "Sport Palace" otelində məskunlaşan "bankirlər" gündə iki dəfə məşq edir.

"İnter"in toplanışı ayın 31-nə kimi davam edəcək. Komanda Bolqarıstan toplanışı çərçivəsində artıq hər 3 yoxlama görüşünü keçirib. İyulun 19-da "Spartak" klubunun (Varna, Bolqarıstan) əvəzediciləri ilə qarşılaşan "İnter" 5:0 hesabıyla qalib gəlmişdi. Qolları isə Ülvi İbazadə, İlkin Sadıqov (2) və Mirsahib Abbasov (2) vurmuşdular. Ayın 23-də "Suvorovo" ilə üz-üzə gələn "bankirlər" 1:3 hesabıyla məğlub olmuşdular. Təsəlli qolunu Rəsul Babazadə vurmuşdu. İyulun 26-da isə "İnter" Serbiyanın "Novi-Pazar" klubunun əvəzediciləri ilə sülh bağlayıb - 1:1. Yeganə qolu İlkin Sadıqov vurub.

Əlavə edək ki, yeni mövsümün ilk turunda "İnter" doğma divarlar arasında "Qəbələ" komandasıyla üz-üzə gələcək.

Xəbər xətti