Bakı "İnter"inin sabiq futbolçusu dünyasını dəyişdi

14:55 - 1 Avqust 2014

Belkeviç 42 yaşında vəfat etdi
 
Bu gün tanınmış futbolçu və məşqçi Valentin Belkeviç 42 yaşında dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Belkeviç vaxtilə Azərbaycanda da çıxış edib. O, 2008/09 mövsümündə "İnter"in heyətində top qovmuşdu.
print

Xəbər xətti