80 nömrəli forma altında çıxış edəcək
Dünən "İnter" 26 yaşlı yarımmüdafiəçi Nizami Hacıyevlə birillik müqavilə imzalayıb. Sportal.az-ın məlumatına görə, 2010 və 2011-2013-cü illərində komandanın şərəfini qoruyan Nizami Hacıyev yenidən "İnter"ə qayıdıb.
Qeyd edək ki, futbolçunun son çıxış etdiyi klub "Qəbələ" olub.
Əlavə edək ki, Nizami Hacıyevin adı bu gün "İnter"in PFL-dəki sifariş ərizəsinə təqdim olunacaq və o, sabah Premyer Liqanın ilk turunda öz keçmiş komandasına qarşı meydana çıxa bilər.
N.Hacıyev "İnter"də 80 nömrəli forma altında çıxış edəcək.
saytlarin hazirlanmasi