Məmmədov: "Şans verilsə, əlimdən gələnin ən yaxşısını edəcəm"
"Artıq demək olar ki, zədəmi tam sağaltmışam. "Sumqayıt"a qarşı oyuna çıxıb-çıxmayacağıma isə baş məşqçi qərar verəcək. Özümü qarşılaşmaya hazır hiss edirəm. Şans verilsə, əlimdən gələnin ən yaxşısını edəcəm".
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov bildirib. O, "Sumqayıt"la oyun haqda da fikirlərini dilə gətirib:
"Rəqibə zəif gözlə baxmaq lazım deyil. Əgər bir komanda turnir cədvəlinin lideridirsə, buna qarşı tam ciddi və ehtiyyatlı oynamaq lazımdır. Baxmayaraq ki, iki qələbədən birini texniki olaraq qazanıblar, hər halda "Xəzər lənkəran"la səfər oyununda "Sumqayıt" nəyə qadir olduğunu göstərə bildi. Belə baxanda çempionatımızda heç bir oyun asan keçmir, eləcə də "Sumqayıt"la. Əgər meydana arxayn çıxsaq, rəqib bizi cəzalandıra bilər. Odur ki, bütün diqqətimizi bu oyuna verib 3 xal qazanmaq istəyirik. Bəli, çoxları elə fikirləşir, "Sumqayıt" müvəqqəti ilk pillədədir, bu barədə danışmaq hələ tezdir. Futbolda gözlənilməz nəticə və surpriz komandalar olur".
saytlarin hazirlanmasi