Coşqun Diniyev "İnter"in tarixinə düşdü

18:45 - 15 Sentyabr 2014

Futbolçu 87-ci oldu
 
Azərbaycan Premyer Liqasında 5-ci tur çərçivəsində “İnter” “Araz Naxçıvan”la qarşılaşdı.
 
Sportal.az xəbər verir ki, bu matç bakılıların gənc yarımmüdafiəçisi Coşqun Diniyev üçün əlamətdar oldu.
 
Belə ki, o, “İnter”in heyətində həmin matçda ikinci qolu vurdu. Bu, gənc yarımmüdafiəçi üçün əsas komandanın heyətində rəsmi oyunlarda vurduğu ilk qol oldu. Bundan başqa, Diniyev “İnter”in heyətində Azərbaycan Çempionatının oyunlarında fərqlənə bilmiş sayca 87-ci futbolçu kimi də siyahıya düşdü.
 
Baçana Sxadadzenin qolu “İnter”in formasında çempionat oyunlarında vurduğu sayca 26-cı oldu. Gürcüstanlı forvardın rəsmi oyunlarda vurduğu qolların ümumi sayı 35-ə çatır və bu, klubun tarixində ən yaxşı nəticədi. 

Xəbər xətti