"İnter" Gürcüstanda ilk məşqinə çıxdı

16:40 - 3 Oktyabr 2014

Komanda ilk məşqini keçirib

 

Azərbaycan milli komandasının "Avro-2016"nın seçmə mərhələsində oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "İnter" klubu təlim-məşq toplanışı keçirmək məqsədilə Gürcüstanda səfərdədir.


Sportal.az xəbər verir ki, komanda bu gün Tbilisidə ilk məşqinə çıxdı.


Məşq prosesi isinmə hərəkətləri ilə başlayıb. Sonra futbolçular müxtəlif məsafələrə qaçış həyata keçiriblər.


Qeyd edək ki, "İnter" klubu bu axşam növbəti məşqinə çıxacaq.

Xəbər xətti