ÇSKA-nı ziyana düşdü, azarkeşlər futbolsuz qaldı
UEFA-nın İntizam Komitəsi Çempionlar Liqasının qrup mərhələsinin “Roma” (İtaliya) – CSKA (Rusiya) qarşılaşmasında baş verənlərlə bağlı qərarını açıqlayıb.
Sportal.az xəbər verir ki, qitənin ali futbol qurumu ÇSKA fanatlarının İtaliyada irqçi şüarlar səsləndirməsi ruslara baha başa gəlib. Bu hərəkətə görə, Rusiya təmsilçisi qitənin ən nüfuzlu turnirində üç matça azarkeş dəstəyi olmadan çıxacaq. Rusiya klubuna 200 min avro cərimə verməklə yanaşı, Çempionlar Liqasında səfərdə oynayacağı iki matç üçün bilet satışa çıxarılmasına da qadağa qoyulub.
saytlarin hazirlanmasi