Türkiyə Superliqası: "Fənərbaxça" azlıqda “Konyaspor”a qalıb gəldi

00:45 - 5 Oktyabr 2014

“Mersin İdmanyurdu” liderliyə  şərik oldu
 
Türkiyə Superliqasında 5-ci turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə “Mersin İdmanyurdu” “Bursaspor”u doğma azarkeşləri önündə məğlub edib. Mersin təmsilçisi bu qələbədən sonar “Akhisar Bələdiyyəspor”la lideliyə şərik olub.
 
“Qalatasaray” səfərdə “Kayseri Ərciyəsspor”un qonağı olub. İlk hissədə tərflər fərqlənə bilməsələr də, ikinci 45 dəqiqə maraqlı və gərgin mübarizə şəraitində keçib. Burak ardından da Sneyderin qolu “sarı-qırmızılılar”ın hesabda 2:0 üstün olmasına imkan yaradıb. Meydan sahibləri matçın sonlarında bu qollardan birinin əvzini çıxa biliblər. 
 
 
Türkiyə Superliqası  5-ci tur
 
 
3 oktyabr
 
 
“Mersin İdmanyurdu” - “Bursaspor”  2:1
Qolar: Sərvət Çetin, 33, Sinan Kaloğlu, 90+3 – Sərdar Aziz, 90+6
 
 
4 oktyabr
 
“Kasımpaşa” - “Qaziantepspor”  4:2
Qollar: Adem Böyük, 39, 64,  Sanharib Malki, 77, Tunay Torun, 90 – Çibuke, 70, Oğulcan Çağlayan, 90+2  
 
“Sivasspor” – “Gənclərbirliyi”  1:0
Qol: da Kosta, 41
 
“Kayseri Ərciyəsspor” – “Qalatasaray”  1:2
Qollar: Osmanpaşa, 81 - Burak, 52, Sneyder, 68
 
“Fənərbaxça” – “Konyaspor”  2:1
Qollar: Vebo, 27, Sou, 50 - Rangelov, 42-pen
 

Xəbər xətti