Sou komandasına 3 xal bəxş etdi
Türkiyə Superliqasında 5-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə "Fənərbaxça" doğma azarkeşləri önündə "Konyaspor"u qəbul edib.
27-ci dəqiqədə meydan sahibləri Vebonun qoluyla hesabı açıblar. Lakin "sarı-lacibərdlilər"in üstünlüyü cəmi 15 dəqiqə çəkib. İlk yarının başa çatmasına 3 dəqiqə qalmış Rangelov penalti zərbəsiylə tablodakı birləri cütləşdirib. Fasilədən sonra matça fəal başlayan ev sahibləri Sounun sayəsində qələbə qazanıblar.
“Fənərbaxça” – “Konyaspor” 2:1
Qollar: Vebo, 27, Sou, 50 - Rangelov, 42-pen
saytlarin hazirlanmasi