Cavid İmamverdiyev qol vurdu, millimizin üzvləri üzüldü VİDEO

10:20 - 5 Oktyabr 2014

5-ci tur

 

Türkiyə PTT ci liqasında V turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB” öz meydanında Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor”la qarşılaşıb.

 

2-2 hesabı ilə başa çatan qarşılaşmada qonaqların heyətində Cavid İmamverdiyev 1 qol vuraraq çempionat ərzində 2-ci qola imzasını atdı. Ufuk Budak və Cavid İmamverdiyev meydanda start heyətdə daxil olduğu halda,  Vaqif Cavadov 73-cü, Rəhman Hacıyev isə 87-ci dəqiqədə oyuna qoşulub.

 

Qeyd edək ki, 5 oyunda 5 xal toplayan "Elazığspor” 9-cu, 4 xal toplayan "Qaziantep BB” isə 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti