Paytaxt təmsilçisi gündə iki dəfə məşq edir
Cari mövsümə uğurlu start verən və hazırda turnir cədvəlinə başçılıq edən "İnter" Gürcüstanda təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi ötən gün qonşu ölkədə iki dəfə məşq edib. Səhər məşqində futbolçular daha çox fiziki tapşırıqlar üzərində çalışıblar. Axşam məşqində komanda ikitərəfli oyun keçirib. .
Qeyd edək ki, "İnter" bu gün məşqə yerli vaxtla saat 17.00-da çıxacaq.
saytlarin hazirlanmasi