Paytaxt klubunun hazırlığı
"İnter" Gürcüstanda təlim-məşq toplanışını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda dünən iki dəfə məşq edib. Səhər məşqində futbolçular daha çox fiziki tapşırıqlar üzərində çalışıblar. Axşam məşqində komanda iki qrupa ayrılıb futbol oynayıblar. Lakin klubun heyətində Matiya Spiçiç dünənki məşqdə zədə alıb. O sosial şəbəkəsindən tez sağalacağını qeyd edib.
Qeyd edək ki, "İnter" bu gün də məşq edəcək. Məşq yerli vaxtla saat 17.00-da başlanacaq.
saytlarin hazirlanmasi