"Qəbələ" yenə AZAL-a məğlub oldu

18:05 - 9 Oktyabr 2014

Adrian Ropotanın qolu komandasına kömək etmədi

 

Premyer Liqada yaranmış fasilədən istifadə etməyə çalışan "Qəbələ" və AZAL klubları yoxlama matçında qüvvələrini sınayıblar.


Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı meydan sahibləri açsa da, iki qol vuran AZAL oyundan qələbə ilə ayrılıb - 2:1. "Qəbələ"nin heyətində Adrian Ropotan fərqlənib.

Xəbər xətti