İtaliya millisində ciddi itki: milli komandamıza qarşı oynamayacaq

18:20 - 9 Oktyabr 2014

Tiaqo Motta sıradan çıxdı

 

Millimizlə oyunqabağı İtaliya millisi ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Tiaqo Motta məşq zamanı xəsarət alıb. Yarımmüdafiəçi, sabah AVRO-2016-nın seçmə mərhələsində millimizlə oyunda çıxış etməyəcək.

 

Mottadan başqa İtaliya millisində Daniele De Rossi və Pablo Osvaldo da komandamıza qarşı meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, Palermo şəhərində keçirikləcək İtaliya - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti