Antonio Konte: "Elə bir komandadan danışırıq ki, son dəqiqələrdə Bolqarıstana uduzublar"

23:10 - 9 Oktyabr 2014

Baş məşqçinin mətbuat konfransı

 

Antonio Konte millimizlə oyunun keçiriləcəyi “Rentso Barbera” stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, sabah keçiriləcək qarşılaşma öncəsi baş məşqçi bunları deyib:

 

“Yarımmüdafiənin cinahları üçün beynimdə planlaşdırdığım futbolçular var. Oyunun gedişatına görə seçimimi edəcəyəm. Nə qədər çox italyan oynasa, bir o qədər yaxşı olar. Amma xaricilərdən ən yaxşılarını heyətə cəlb etməliyik. Mənim üçün asan oyun yoxdur. Futbol hər yerdə inkişaf edir. Elə bir komandadan danışırıq ki, son dəqiqələrdə Bolqarıstana uduzublar. Uşaqlar da bunu bilirlər. Təbii ki, Azərbaycanı analiz etmişik. Onların Bolqarıstanla oyununu görmüşük, Rusiya ilə ABŞ-a qarşı keçirdikləri oyunu izləmişik."

Xəbər xətti