"Neftçi"də sevindirici xəbər: O, qayıtdı

13:05 - 13 Oktyabr 2014

8-ci turun hazırlıqları

 

Premyer Liqanın 8-ci turunda “Sumqayıt”la qarşılaşacaq "Neftçi" bu oyunun hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq ediblər. Məşqdə milli komandaların heyətinə cəlb olunan futbolçular iştirak etməyiblər. 

 

İtaliyadakı müalicəsini başa vuraraq geri qayıdan braziliyalı futbolçu Flavinyo isə fərdi məşq keçib.

Xəbər xətti