“Neftçi” Soçi turnirində iştirak edir

16:00 - 13 Oktyabr 2014

U-13 komandası turnirdə

 

"Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində keçirilən "Dəri top” turnirində iştirak edir.

 

Sportal.az xəbər verir ki, Klub rəhbərliyi yarışa yollannazdan əvvəl komandanın üzvləri ilə görüşüb. Görüşdə "Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov klub prezidenti Sadıq Sadıqovun adından yeniyetmə futbolçuları salamlayıb və onlara uğurlar arzulayıb.

 

Qeyd olunub ki, yeniyetmə futbolçuların kiçik yaşlarından beynəlxalq təcrübə əldə etmələri, onların peşəkar futbolçu kimi formalaşmalarında müstəsna rol oynayır. Klubun icraçı direktoru Mübariz Xudiyev və aşağı yaş qrupları üzrə texniki direktor Yan Versleyen də "Neftçi”də yeniyetmə və gənc futbolçulara hər zaman böyük önəm verildiyini və bu futbolçuların gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına inandığını bildiriblər. Sonda isə görüş iştirakçıları birgə xatirə şəkli çəkdiriblər. "Dəri top” turniri dünən start götürüb və "Neftçi” MDB ölkələrinin təmsilçiləri ilə mübarizə aparır.

Xatırladaq ki, "Neftçi”nin U-14 komandası 2012-ci ildə sözügedən yarışın qalibi olmuşdu.

Xəbər xətti