Məşqlər davam edir
Premyer Liqanın 8-ci turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Həftəsonu ikitərəfli oyun keçirən Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Zədəli olan Bəxtiyar Həsənalızadə fərdli məşqlərlə kifayətlənib.
Milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov və U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu oktyabrın 17-də saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi