Mirhüseyn Seyidov daha 2 il "Neftçi"də

13:20 - 16 Oktyabr 2014

Yarımmüdafiəçi müqaviləsini yenilədi

 

“Neftçi” futbolçu Mirhüseyn Seyidovla yeni müqavilə bağlayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə 2 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Mirhüseyn Seyidov 2006-cı ildən "flaqman"ların heyətində çıxış edir.

Xəbər xətti