"Neftçi" rəhbərliyi azarkeşlərlə görüşdü FOTOLAR

13:35 - 17 Oktyabr 2014

Klub rəhbərliyi görüşləri davam etdirir

 

"Neftçi" klubunun rəhbərliyi azaarkeşlərlə görüş keçirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, növbəti belə görüş 8-ci km qəsəbə stadionunda keçirilib.

 
Tədbirdə “Neftçi"nin prezidenti Sadıq Sadıqovun adından azarkeşləri salamlayan vitse-prezident Elnur Məmmədov komandanın hər bir uğurunda onların böyük pay sahibi olduqlarını bildirib. 

Qeyd olunub ki, xalq komandası olan “Neftçi” daim azarkeşlərinin dəstəyini hiss edib və bu dəstək zaman keçdikcə daha da güclənəcək. Klub və azarkeşlər arasında əlaqələr beynəlxalq təcrübəyə əsaslanaraq davam etdiriləcək və klub rəsmiləri ilə futbolsevərlər arasında mütəmadi görüşlər keçiriləcək.

 

 

Xəbər xətti