"Neftçi" Rusiyada darmadağına sevindi

16:15 - 17 Oktyabr 2014

U-13-dən möhtəşəm qələbə

 

“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində təşkil olunan “Dəri top” turnirində üçüncü oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Abxaziyanın “Ritsa” klubunu 5:1 hesabı ilə məğub edib.

“Neftçi”nin qollarını Ramin Nəsirli, Malik Nadirov, Zeynəddin Abdulrəhmanov və Vüsal Qəmbərov (2) vurub.Komanda qrupda son oyununu oktyabrın 18-də “Soçi” klubuna qarşı keçirəcək.

Qeyd edək ki, “Neftçi” bunadək Kalininqrad (2:0) və Qazaxıstanın “Kostanay” (0:3) komandaları ilə qarşılaşmışdı.

Xəbər xətti