Hücumçu məğlubiyyətdən danışdı
Çempionlar Liqasının qrup mərhələsində 3-cü turu çərçivəsində Yunanıstanı təmsil edən “Olimpiakos” doğma divarlar arasında İtaliya nəhəngi “Yuventus” klubunu qəbul edib. 36-cı dəqiqədə Kasaminin vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb.
Sportal.az xəbər verir ki, bu məğlubiyyətdən sonra "Yuventus"un hcumçusu Karlos Teves rəqib komandada qapıçını dəyərləndirərək bunları qeyd edib:
"Roberto Ximenes möhtəşəm oynadı. "Olimpiakos" qələbə üçün ona təşəkkür etməlidi. Biz bu məğlubiyyətdən nəticə çıxarmalıyıq. Evə dönüb düşünməliyik ki, biz "Yuventus"uq. Turnirdə məğlub olmağa gəlməmişik."
saytlarin hazirlanmasi