Karlo Ançelotti: "Ronaldonu onun fikrini soruşmadan əvəzlədim"

15:10 - 23 Oktyabr 2014

Baş məşqçidən açıqlama

 

"Real"ın baş məşqçisi Karlo Ançelotti dünən Çempionlar Liqasında "Liverpul"u 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra ulduz futbolçu Kriştiano Ronaldonu əvəzləməsinə aydınlıq gətirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşün 75-ci dəqiqəsində Ronaldonu Sami Xedira ilə əvəzləyən baş məşqçi belə şərh verib:

 

"Ronaldoya istirahət vermək istədim. Bizi La Liqada "Barselona" ilə çətin oyun gözləyir. Ronaldo bu görüşdədə fərqləndiyi üçün sevinclidi. Biz hamımız da bu sevincə qoşuluruq. Ronaldonu əvəzləyərkən onun fikrini soruşmadım. Düşünürəm ki, buna ehtiyac yoxdu."

Xəbər xətti