Dünya çempionu həbs olundu

17:00 - 23 Oktyabr 2014

Məhşur futbolçu vergidən yayınıb

 

İtaliya milli komandasının sabiq müdafiəçisi Fabio Kannavaro həbs olunub.

Sportal.az "France Presse" agentliyinə istinadən xəbər verir ki, Kannavaro, vergidən yayınmaqda şübhəli bilinir. Artıq keçmiş futbolçunun 900 min avro müsadirə olunub.

Qeyd edək ki, 2006-cı ildə dünya çempionu olan Kannavaro karyerası ərzində "Napoli", "Parma", "İnter", "Yuventus" və "Real" (Madrid) kimi klublarda çıxış edib.

Xəbər xətti