Əvəzedici heyətlər də eyni gün və eyni saatda meydana çıxacaqlar

15:20 - 24 Oktyabr 2014

X turun oyun cədvəli 

 

Əvəzedici heyətlərin yarışında  X turun oyun cədvəli açıqlanıb. 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, turun bütün oyunları eyni gündə - 28 oktyabrda reallaşacaq.

 

 

28 oktyabr (çərşənbə axşamı)

 

“Sumqayıt” – “Xəzər Lənkəran”
“Kapital Bank Arena”

“İnter” – “Qarabağ”
“İnter Arena”

“Araz Naxçıvan” – “Qəbələ”
Şərur şəhər stadionu 

 

“Bakı” – “Neftçi”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, süni meydança

 

AZAL – “Simurq”
“AZAL Arena”

Qeyd: Bütün oyunlar saat 14:00-da başlanacaq.   

Xəbər xətti