"Sent-Etyen"in futbolçusu: "Qarabağ"ı turnir cədvəlində qabaqlayacağıq"

18:00 - 24 Oktyabr 2014

"Biz "Qarabağ"dan cəmi bir xal geri qalırıq"

 

"Güclü rəqibə qarşı yaxşı oynadığımızı və sərfəli nəticə qazandığımızı düşünürəm. Bəlkə də, ilk turlarda "İnter"ə daha çox hörmətlə yanaşırdıq, ancaq onlara qarşı yaxşı oynadıq, hətta qələbə qazanmaq üçün bir neçə qol imkanımız da oldu".

Sportal.az xəbər verir ki, bu sözləri "Sent-Etyen"in yarımmüdafiəçisi Frank Tabanou Avropa Liqasının qrup mərhələsində 0:0 bərabərə qaldıqları "İnter"lə oyundan sonra deyib.

"Qarabağ"ın turnir cədvəlinin ikinci pilləsində qərarlaşmasına toxunan fransız futbolçu qarşıdakı oyunlarda lazımi xalları qazanmaqla pley-off mərhələsinə yüksələcəklərinə inandığını bildirib: "Hazırda biz "Qarabağ"dan cəmi bir xal geri qalırıq. Ancaq bizim iki ev matçımız var. Doğma azarkeşlərimiz önündə lazımi xalları toplayaraq pley-off mərhələsinə yüksələcəyimizə inanıram".

Qeyd edək ki, üç turdan sonra "Qarabağ" 4 xalla turnir cədvəlinin ikinci, "Sent-Etyen" isə 3 xalla üçüncü pilləsində qərarlaşıb.

 

Mənbə:Qol.Az

Xəbər xətti