"Xəzər Lənkəran" "Qarabağ"la oyuna itkilərlə hazırlaşır

20:00 - 24 Oktyabr 2014

Cənub təmsilçisində zədəli futbolçular var

 

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Qarabağ"la qarşılaşacaq "Xəzər Lənkəran" bu oyunun hazırlıqlarını davam etdirir.

Sportal.az xəbər verir ki, zədəli olan Uğur Pamuk və Cahangir Həsənzadə istisna olmaqla, bütün heyət üzvləri məşqlərdə iştirak edirlər. Sabah isə komanda Tofiq Bəhramov adına Respublika Stadionunda oyun öncəsi son məşqə çıxacaq.
 
Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” matçı oktyabrın 26-ı, saat 18:00-da başlayacaq.

Xəbər xətti