Cerrard "Real"la matçda ehtiyatda qala bilər

12:00 - 4 Noyabr 2014

Çempionlar Liqasında 4-cü tur

 

"Liverpul"un kapitanı Stiven Cerrard bu gün oynaycaqları "Real" - "Liverpul" matçında start heyətdə yer almaya bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Liverpul"un baş məşqçisi Brendan Rodcers bu haqda fikrilərini bölüşüb:

 

"Həftə ərzində 3 ağır oyun olacaq bizim üçün. "Nyukasl" "Real" və "Çelsi" matçlarında Cerrardın oynayıb-oynamayacağı dəqiq deyil. Bizim üçün əsas İngiltərə Premyer Liqasıdı. Buna görə Cerrardı həftəsonu oynayacağımız "Çelsi" ilə matça saxlamaq daha doğru olardı"

Xəbər xətti