"Mançester Yunayted" "Benfika"nın futbolçusuna 30 milyon avro verməyə hazırdı

15:30 - 4 Noyabr 2014

Yarımmüdafiəçi İngiltərəyə gələ bilər

 

"Benfika"nın argentinalı yarımmüdafiəçisi Enzo Perez kareyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya "Mançester Yunayted" qış transfer pəncərəsində 30 milyon avro təklif göndərəcək.

 

Qeyd edək ki, Enzo Perezlə "Valensiya" klubu da yaxından maraqlanır.

Xəbər xətti