Komanda noyabrın 7-də yığışacaq
Premyer Liqanın 11-ci turunda "İnter"lə qarşılaşmadan sonra "Sumqayıt" klubu istirahətə buraxılıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun komandası noyabrın 7-də yığışacaq.
Komandamız məşqlərini Sumqayıtda keçirəcək. Hazırlıq məqsədi ilə "Sumqayıt" "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma noyabrın 12-də "Kapital Bank Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi