Bahadır Nəsimovun yeni komandası bəlli oldu

18:50 - 4 Noyabr 2014

Futbolçu İran çempionatında

 

"Neftçi" klubunun sabiq hücumçusu Bahadır Nəsimovun yeni komandası məlum olub.

Sportal.az xəbər verir ki, özbəksitanlı futbolçu İran çempionatında çıxış edəcək.

Hücumçu "Padideh" klubu ilə razılıq əldə edib. Nəsimov artıq yeni komandasında ilk matçına çıxıb. 27 yaşlı futbolçu "Naft" (Tehran) klubu ilə qarşılaşmada 25 dəqiqə meydanda olub.

Qeyd edək ki, 2010-2014-cü illərdə "Neftçi"də çıxış edən Nəsimov keçirdiyi 86 oyunda 38 dəfə fərqlənib.

Xəbər xətti