Miralem Pyaniç "Bavariya"ya meydan oxudu

00:15 - 5 Noyabr 2014

"İnanmıram ki, ilk oyundakı böyükhesablı məğlubiyyət yenidən təkrarlansın"
 
Çempionlar Liqasının 4-cü tur çərçivəsində “Bavariya” ilə səfər oyunöncəsi “Roma” klubunun havbeki Miralem Pyaniç maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, romalıların aparıcı üzvü sabahkı oyunda Münhen təmsilçisinə mğlub olmayacaqlarını bəyan edib:
 
“Bavariya” ilə qarşılaşmada oyun üslubumuzu dəyişməyəcəyik. “Napoli” ilə oyun bir daha göstərdi ki, biz öz oyunumuzu oynamalıyıq. Oyun üslubunda dəyişiklik edəndə bu komandanı məğlubiyyətə aparır. “Bavariya” ilə ilk oyunda buraxdığımız səvlər üzərində çalışmışıq. İnanmıram ki, ilk oyunda qeydə alınan böyükhesablı məğlubiyyət yenidən təkrarlansın. Bu oyunda sübut edəcəyik ki, “Bavariya” müqayisədə heç də “Roma”dan güclü komanda deyil”.

Xəbər xətti