Çezare Prandelli: "İstefa vermək fikirində deyiləm"

02:30 - 5 Noyabr 2014

"İstanbula acınacaqlı nəticəylə dönməyimizə üzülürəm" 
 
Çempionlar Liqasının 4-cü turunda Dortmund “Borussiya”sı ilə qarşılaşan “Qalatasaray” növbəti dəfə acınacaqlı məğlubiyyətə uğrayıb.
 
Sportal.az xəbər verir ki, səfərdə Almaniya təmsilçisinə 4:1 hesabı ilə yenilən “sarı-qırmızılılar”ın baş məşqçisi Çezare Prandellinin matçla bağlı fikirləri belə olub: 
 
“Oyuna gəlincə, 4:1-lik məğlubiyyəti haqq etmirdik. İstanbula acınacaqlı nəticəylə dönməyimizə üzülürəm. İlk oyunla müqayisədə yaxşı oynasaq da, bəsit qollar yedik. İstefa vermək fikrində deyiləm. 3 həftədir çətin bir qrafikdə oynayırıq. Burak Yılmazın yüngül zədəsi olduğu üçün ona istirahət verdim. Hədəfimiz Çempionlar Liqası deyil, Superliqada çempion olmaqdır. Onə gərə də əsas diqqətimizi çempionata yönəldəcəyik”. 

Xəbər xətti