Təcrübəli qapıçı ÇL-də 144-cu oyununa çıxdı
Madrid “Real”ın qapıçısı İker Kasilyas yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”a qarşı keçirilən oyunda “Real”ın qapısını qoruyan 33 yaşlı qolkiper qitənin ən nüfuzlu turnirində 144-cü matçına çıxıb. Bununla da çərçivə qoruyucusu “Barselona”nın aparıcı futbolçusu Xavi Ernandesin rekordunu (143 qol) yeniləyib.
Qeyd edək ki, Xavi bu gün ÇL-ın qrup mərhələsində “Ayaks”la oyunda yenidən Kasilyasa çata bilər.
saytlarin hazirlanmasi