"Lans" klubunun prezidenti Bakıya gəldi

13:05 - 5 Noyabr 2014

Prezidentin səfəri işgüzardır

 

Hafiz Məmmədovun sahib olduğu Fransanın "Lans" klubunun prezidenti Jerve Martel Bakıya səfər edib. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Martel "Lans"a olan 4 milyon avro borcun klubun hesabına köçürülməsi ilə əlaqədar ölkəmizə gəlib. Prezident isə bu haqda öz açıqlamasında bunları qeyd edib:

 

"Mən Bakıya 4 milyon avro alacağımıza dair zəmanət almaq üçün getmişdim. Biz “Bank of Azerbaijan”dan lazımi təminat sənədlərini almışıq. Onlar tərəfdən yaxın 15 gün ərzində ödəniş həyata keçiriləcək.Yanvarda alacağımız 14 milyon avronu da xatırlatdım və bununla əlaqədar da zəmanət əldə etdim.  Azərbaycan tərəfinə maliyyə məsələlərinə diqqətlə yanaşdığı üçün təşəkkür edirəm"

Xəbər xətti