"UEFA bizi avrokuboklardan uzaqlaşdıra bilər"

18:10 - 5 Noyabr 2014

"Bu hadisələrə görə məyusam"

 

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Duygun Yarsuvar Çempionlar Liqasının qrup mərhələsində "Borussiya"ya qarşı oyunundan (1:4) sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o bildirib ki, "Cim-Bom" azarkeşlərinin meydançaya məşəl atmasına görə UEFA onları avrokuboklardan uzaqlaşdıra bilər.

"Azarkeşlər meydançaya məşəl atdığına görə matç dayandırıldı. Futbolçular onları sakitləşdirməyə çalışdı. UEFA bizə ağır cəza tətbiq edə bilər. Hıətta avrokuboklardan uzaqlaşdırıla bilərik.  Bu hadisələrə görə məyusam".

Qeyd edək ki, "Qalatasaray" azarkeşləri bundan əvvəl "Arsenal"a qarşı oyunda da meydançaya məşəl atmışdı.

Xəbər xətti