UEFA ÇL-də yarımfinal və final oyunlarının vaxtını dəyişdirir

02:00 - 6 Noyabr 2014

Mişel Platini: "Oyunları iyun ayında keçirə bilərik"
 
2022-ci ildə Qətərdə təşkil ediləcək dünya çempionatı qışda keçiriləcəyi halda Çempionlar Liqasının yarımfinal və final oyunu iyun ayında baş tuta bilər.
 
Sportal.az  xəbər verir ki, UEFA prezidenti Mişel Platini açıqlamasında  burada heç bir problemin olmadığını deyib: 
 
“UEFA prezidenti kimi mən bunda problem görmürəm. Çempionlar Liqasının iki yarımfinal və final oyununu iyunda keçirə bilərik. Mən işçi qrupunun iclasına qatılmadım, amma bilirəm ki, qərar doğru ola bilər”.
 
Mişel Platini 2022-ci ildə keçirləcək qış Olimpiadası ilə dünya çempionatının üst-üstə düşməsinə də aydınlıq gətirib: “FİFA Beynəlxalq Olimpiya Komitəsi ilə münaqişə etmək istəmir, amma onlar dünya futbol üçün ən yaxşı qərar tapmaq istəyir. Hər halda buna da bir çıxış yolu var. Əsas odur ki, hər iki tərəf problem yaşamasın və turnirlər da istəyimiz kimi alınsın”.  
 
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalları və final matçları adətən aprelin sonunda və mayın əvvəlində keçirilirdi. Hazırda isə DÇ-2022-nin qışda təşkil edilməsi gündəmə gəlib.

Xəbər xətti