Xavi Çempionlar Liqasında 144-cü oyununa çıxdı

04:00 - 6 Noyabr 2014

"Barselona"nın kapitanı Kasilyasa çatdı
 
Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Ayaks”la qarşılaşan “Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes üçün əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçuu komandasının 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 144-cü matçına çıxıb.
 
Bununla da Xavi Avropanın ən nüfuzlu klub turnirində “Real”ın qapıçısı İker Kasilyasa çatmış olub. Madrid təmsilçisinin qolkiperi ötən gün “Liverpul”la matçda meydana çıxaraq Hernandesi keçib.

Xəbər xətti