Türkiyə kuboku
Türkiyə ölkə kubokunda 3-cü mərhələnin oyunlarıı keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" evdə "Zonquldak Kömürspor"la qarşılaşıb.
Matçın 9-cu dəqiqəsində serb əsilli azərbaycanlı hücumçu manisalıları hesabda önə çıxarıb. 21-ci dəqiqədə Dimitrov hesab arasındakı fərqi artırıb. Bu qoldan 11 dəqiqə sonra qonaqlardan Ekən fərqlənib. 2:1 hesabı ilə qələbə qazanan Subaşiçin komandası kubokda növbəti mərhələyə yüksəlib.
saytlarin hazirlanmasi