"Qarabağ"ın təcrübəsi çatmadı"

20:00 - 7 Noyabr 2014

"Yoğunluq öz sözünü dedi"

 

"Əvvəlcə bildirməliyəm ki, "Qarabağ" dünən pis təsir bağışlamadı. Rəqib "Qarabağ"ı çox düzgün analiz etmişdi. Hiss olunurdu ki, "Dnepr" ancaq qələbəyə köklənib".

 

Bu sözləri Qol.Az saytına açıqlamasında milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Bakıda "Dnepr"ə məğlub olduğu oyun (1:2) haqda danışarkən deyib.
 
Təcrübəli mütəxəssis bildirib ki, "Dnepr"in Avropa təcrübəsi daha çox olduğu üçün "Qarabağ"ı üstələməyi bacarıb:  "Məğlubiyyəin səbəbini komandamızın beynalxalq oyun təcrübəsnin az olması ilə əlaqələndirərdim. Dünən "Qarabağ"ın təcrübəsi çatmadı. Futbolçular belə qarşılaşmalara psixoloji cəhətdən də hazır olmalıdırlar. Yəqin ki, bu sarıdan da "Qarabağ" çətinlik çəkdi.  Həmçinin, "Qarabağ" iki cəbhədə mübarizə apardığı üçün yoğunluq öz sözünü dedi. Matçın ikinci hissəsində hiss olundu ki, futbolçular yorulub.  Qurban Qurbanov düzgün əvəzetmələr etməklə oyunun tempini qoruyub saxlamaq istəyirdi. Ancaq heyif ki, sonluq biz istəyən kimi olmadı. İstənilən halda "Qarabağ" yaxşı oyun sərgiləməyi bacardı".

V.Sadıqov "Qarabağ"ın qrupda sonuncu pilləyə düşməsinə baxmayaraq "pley-off"a çıxmaq şanslarının digər rəqiblərdən az olmadığını qeyd edib: "Əvvəlcədən bilinirdi ki, "İnter" qrupun  favoritidir. Digər üç komandanın hər birinin dörd xalı var. Qarşıdakı oyunları nəzərə alsaq, qrup mərhələsinin son oyununa qədər komandamızın "pley-off" yüksəlmək şansı var. Yəni qrupun taleyinə son oyunda aydınlıq gələcək.

Xəbər xətti