İstirahət bitdi
Azərbaycan Premyer Liqasının son turunda "İnter"lə heç-heçə edən (0:0) "Sumqayıt"klubu 4 günlük istirahəti başa vurub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda "Kapital Bank Arena"da məşqə çıxıb.
Milli komandamızın heyətində yer alan Məhəmməd Qurbanov və U-21-in düşərgəsində olan 3 futbolçu - Şahradin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev hazırlığa nisbətən gec qoşulacaq.