"Sumqayıt" PFL-dən cavab gözləyir

11:30 - 11 Noyabr 2014

12-ci turun hazırlığı

 

Premyer Liqanın 12-ci turunda "Sumqayıt" səfərdə "Araz Naxçıvan"ın qonağı olacaq. Lakin daha əvvəl də qeyd etdiyimiz kimi, "Araz Naxçıvan" klubun rəsmi saytı vasitəsi ilə artıq Premyer Liqada fəalliyətini dayandırmağı barədə bəyanat yayıb.

 

Sportal.az xəbər verir ki, "Sumqayıt" tərəfi bu bəyanat yayılmamışdan əvvəl, həm əvəzedici heyət, həm də əsas komandanın üzvlərinə təyyarə bileti alıb. Klubun mətbuat xidmətindən Naxçıvan təmsilçisinin rəsmi fəalliyətini dayandırması ilə bağlı çempionatı təşkil edən qurum- PFL-dən heç bir məktub almadıqları bildirilib. 

 

Qeyd edək ki. "kimyaçılar" hazırda "Araz Naxçıvan"la oyunun hazırlıqlarını davam etdirir.

Xəbər xətti