Laşa Kasradze və Mirsahib Abbasovun zədələri sağalmayıb
Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində "Rəvan”ın qonağı olacaq "İnter” oyun üçün hazırlıqlarını başa vurub.
Sportal.az "İnter"in rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, Zaur Zvanadzenin komandası bu gün keçirdiyi məşqlə "Rəvan” hazırlığını yekunlaşdırıb. "Bankirlər” zədəli futbolçu Zurab Xizanişvilidən gələn xəbərlə sevinib. Təcrübəli müdafiəçinin "Rəvan”la qarşılaşmada oynayacağı gözlənilir.
"İnter”in digər zədəliləri Laşa Kasradze və Mirsahib Abbasov isə məşqlərdə iştirak etmirlər.
Qeyd edək ki, "Rəvan” – "İnter” qarşılaşması sabah 19:00-da "Bayıl Arena”da baş tutacaq.
saytlarin hazirlanmasi