Heyətdə zədəlilər var
Premyer Liqanın XXIV turunda "Sumqayıt”ın qonağı olacaq "İnter”in heyətində ciddi itkilər var.
Sportal.az xəbər verir ki, "bankirlər”in baş məşqçisi Zaur Svanadze 3 futbolçunun yoxluğundan əziyyət çəkir. Belə ki, gürcüstanlı futbolçu Laşa Kasradze hazırda ölkəsində müalicə alır. Onun mart ayının ortalarında ölkəmizə gələcək.
Komandadakı digər itkilər Fuad Bayramov və Mirsahib Abbasovdan gedir. Abbasov bir müddətdir zədəli olduğu halda, Bayramov yenicə zədələnib. Hər iki futbolçunun "Sumqayıt”la qarşılaşmanı buraxacağı gözlənilir.
Qeyd edək ki, "Sumqayıt” – "İnter” oyunu martın 5-də baş tutacaq. Oyun 17:00-da "Kapital Bank Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi