Oyunu davam etdirə bilmədi
Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən "İnter" - "Rəvan" matçında meydan sahiblərində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, son oyunlarda komandanın qollarının sahibi olan və özünü yaxşı tərəfdən göstərən Nizami Hacıyev matçın 21-ci dəqiqəsində zədələnərək oyunu tərk etməli olub.
Qeyd edək ki, Hacıyevin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
saytlarin hazirlanmasi