"Komandada yorğunluq var idi"
Azərbaycan Kubokunun 1/4 finalının cavab matçında "Rəvan"ı 3:0 hesabı ilə məğlub edən "İnter" adını yarımfinala yazdırıb.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:
"Sumqayıt"la matçdan sonra komandada yorğunluq var idi. Ancaq bununla belə, bu gün 3 qol vurduq və mərhələ adladıq. lk oyunda uduzduğumuz üçün matçın əvvəllərində bir qədər əsəbi idik. Lakin sonradan sakitləşdik və lazımi qolları vuraraq yarımfinala yüksəldik. Komandamın oyunundan razı qaldım. Nizami Hacıyevin zədəsinə gəlincə bu barədə nəsə deyə bilmərəm. Onun zədəsinin nə dərəcədə ciddi olduğu sabah məlum olacaq".
saytlarin hazirlanmasi