Futbolçunun FİFA-ya şikayət edəcəyi gözlənilir
Ötən ilin sonlarında maliyyə problemləri ilə üzləşən və bir çox aparıcı oyunçuları ilə yollarını ayıran paytaxtın "İnter” klubu sabiq futbolçularına olan borcu barədə müəyyən danışıqlar aprarır.
Sportal.az xəbər verir ki, "bankirlər” borclu qaldıqları futbolçuları razı salmağa çalışırlar. "İnter”in təklif etdiyi məbləğlə razı olmayan yeganə futbolçu Gürcüstan milli komandasının forvardı Baçana Tsxadadzedir. Hücumçu "İnter”dən alacağı məbləğin 100 %-ni istəyir. Məhz bu səbəbdən də tərəflər arasında danışıqlar müsbət yöndə həll olunmayıb. "İnter”in sabiq çalışdırıcısı Kaxaber Tsxadadzenin oğlunun yaxın günlərdə FİFA-ya şikayət edəcəyi gözlənilir.
saytlarin hazirlanmasi