Qara Qarayev 10 gün oynaya bilməyəcək

00:02 - 15 Mart 2016

Futbolçu tibbi müayinədən keçdi
 
Premyer Liqanın XXV turunda "Rəvan”la qarşılaşmada zədə alan "İnter”in futbolçusu Qara Qarayevin duruma aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, gənc futbolçu dünən MRT müayinəsindən keçib.  Aparılan tibbi müayinədən sonra futbolçunun ayağında qan yığılması aşkarlanıb. Həkimlərin rəyinə əsasən Qarayev təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq. 
 
Qeyd edək ki, "İnter” Premyer Liqanın XXVI turunda səfərdə "Xəzər Lənkəran”la qarşılaşacaq. Qaranın həmin qarşılaşmanı buraxacağı gözlənilir. 

Xəbər xətti